Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan dövləti Ermənistanı məhkəməyə verə bilər'' - Hüquqşünas

''Azərbaycan dövləti Ermənistanı məhkəməyə verə bilər'' - Hüquqşünas

Tarix: 6 Yanvar 2021 16:30

"Cenevrə sazişinə görə, beynəlxalq qanunvericilikdə nəzərdə tutulub ki, hərbi əsirlərlə kobud davranışlar yolverilməzdir".

Bunu Sonxeber.net-a açıqlamasında hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

Hüquqşünas bildirib ki, hüquq mühafizə orqanları bu materialları topladıqdan sonra, Ermənistanı məhkəməyə verə bilər:

"Əgər bizim əsirlərə qarşı Ermənistan hərbiçiləri, həkimləri tərəfindən hər hansı bir qanunazidd davranış sərgilənibsə, bu, beynəlxalq cinayət məsuliyyəti yaradır. Təcili olaraq həmin şəxslər (qaytarılan əsirlərimiz) məhkəmə tibbi ekspertizasına göndərilməlidirlər, materiallar toplanılmalıdır, şahidlər varsa, onlar dindirilməli və materialların gələcəkdə beynəlxalq məhkəməyə təqdim edilməsi üçün tədbirlər görülməlidir. Bu, beynəlxalq aləm tərəfindən hərbi əsirlərə münasibət, hərbi əsirlər üzərində həqarət, hərbi əsirlərə qanunsuz olaraq təsirlər göstərilməsi, fiziki güc tətbiq edilməsi, onlara əziyyət verilməsi, mənəvi-psixoloji təsirlər göstərilməsi beynəlxalq hüquq normaları ilə qadağan edilir.

Cenevrə konvensiyasında bu məsələyə aid xüsusi bir bölmə nəzərdə tutulub. Düşünürəm ki, hüquq mühafizə orqanları bu materialları topladıqdan sonra, ya hər bir fərd özü, ya da bütövlükdə konkret olaraq Azərbaycan dövləti Ermənistanı məhkəməyə verə bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan dövləti Ermənistanı məhkəməyə verə bilər Hüquqşünas


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ