Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 20:52
İTV-nin "Radius" verilişinin aparıcısı, tanınmış hərbi ekspert Heydər Mirzə 44 günlük Vətən müharibəsinin real döyüş kadrlarını əldə edərkən qarşılaşdığı problemlərdən yazıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, H. Mirzə feysbuk hesabında bildirib ki, veriliş çəkən zaman müharibə xatirələri haqda müsahibə gedəndə arxa fona kadr yığmaq lazım olur: Bunun üçün real döyüş kadrları lazımdır. Bunlar hardadır? Bəli, ya ermənilər, Peqov, ANNA falan çəkənlərdir, ya da ki bizim əsgər və zabitlərimizin videoya çəkdiklərini. Çünki müharibə zamanı jurnalistlərimiz, müxbirlərimiz real döyüş şəraitində yalnız artilleriya döyüşünü çəkə bilirdilər, bilirsiniz, bir jurnalistimiz, müxbirimiz çəkməyib dərinlikdə gedən döyüşləri, icazə yox idi. Əsgər və zabitlərin də çəkdiklərinin verilməsinə icazə verilmir. O olmaz, bu olmaz, onun üstündə araşdırma gedir, burda tədqiqat gedir. Bəs nə qaldı? Nə verim mən müharibə haqda kadrlara?! Nə göstərim Qubadlının ya Şuşanın alınması haqda?!
A kişi, o mövqelərdə artıq hərbi sirr əhəmiyyətini itirib, o ərazilər də artıq arxa cəbhədir, o kadrları çəkən qardaş da Allah bilir artıq şəhid olub... Yooox, olmaz.
Cəbhədən əsgər və zabitlər tərəfdən videolar icazə ilə çəkilib ya yox, bu təbii ki araşdırılmalıdır və araşdırılır da. Bu qanundur, qaçılmazdır, bütün dünyada ordu belə qurulur. Amma bu videolar məsələsi bütün KİV-ni lüt-üryan qoyub, belə işləmək olmur.
Adam oturub PK-dan atır, macro-zoom kadrdır, heçnə yoxdur, hərbi sirrin iyi belə yoxdur videoda. Yoooox, olmaz. Olmaz - olmaz. Onda oturaq Şuşa haqqında qazilərimiz danışanda verək Peqovu və ANNA-nı. Hərdən də gidirmə (müharibədən əvvəl, ya da digər döyüşlər, təlim falan) kadrlarını, guya döyüşdür.
Əminəm ki bu bütün telekanalların, hərbi müxbirlərin, bloqerlərin problemidir, hesab edirəm ki, fikirlərimi bir çoxları bölüşür.
Əgər kimsə fikirləşir ki, müharibə xronikasını, tarixini yalnız PUA kameralarının yazıları ilə etmək olar - demək ki ümumən media-dan və müasir aləmi-dünyadan xəbəri yoxdur".