Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 17:29
Bakı. İlhamə İsabalayeva – Trend:
Müəllimlərin diasqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum oldu ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar çalışır. Sayı çox olmasa da, belə müəllimlər bu gün də sistemdə var və onlar çalışırlar.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu prosesini izləmək üçün dəvət edilən media tur iştirakçıları ilə görüşdə deyib.
Sağlamlıq imkanları əmək fəaliyyətini davam etdirməyə yol verən 65 yaşlı müəllimlərlə əmək müqaviləsinə xitam verilməsinin səbəblərinə də aydınlıq gətirən nazir müavininin sözlərinə görə, çalışma müddəti 65 yaşda başa çatan işçilərlə müqaviləyə xitam verilərkən nəzərə alınan amillərdən biri həmin məktəbdəki ümumi dərs saatlarının sayıdır:
“Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsui nəticəsində lazım olmayan əlavə işçilər işə götürürüb. Bu hal rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Bu gün görürsən ki, məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Bu gün elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir. Çünki digər halda bu məktəbdə dərs saatını tənzimləmək mümkün deyil. Həmin dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimin diaqnostik qiymətləndirməsinin nəticəsidir. Məktəbdə dərs saatı azdrısa, müəllimin də diaqnostik qiymətləndirmə nəticəsi zəifdirsə, artıq o müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur”.
M.Vəliyeva əlavə edib ki, əgər müəllimin dərs saatı çoxdursa, sağlamlığı imkan verirsə və onun dövlət təltifləri varsa, əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir.
Nazir müavini 65 yaşı tamam olan ibtidai sinif müəllimləri ilə əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir: “Əgər ibtidai sinif müəllimi 64 yaşında 1-ci sinfi götürübsə, demək o, 68 yaşında ibtidai sinfi təhvil verməlidir. Biz burada varisliyi gözləmək üçün həmin müəllimlərlə müqavilənin müddətini uzadırıq. Müəllim sinfi təhvil verməyə qədər həmin müəllimlə əmək müqaviləsinə xitam verilmir. Amma bu, bütün fənn müəllimlərinə şamil olunmur. O yerdə ki, kadr çatışmazlığı var, orda nə yaşa, nə də bala baxılır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin