Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NYT: Tramp köməkçiləri ilə özünü əfv etmək imkanını müzakirə edib

NYT: Tramp köməkçiləri ilə özünü əfv etmək imkanını müzakirə edib

Tarix: 8 Yanvar 2021 02:32

Bakı. Trend:

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp son bir neçə həftə ərzində köməkçiləri ilə özünü əfv etmək imkanını müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, D.Tramp köməkçilərinə prezidentlik müddətinin son günlərində özünü əfv etmək istədiyini bildirib. ABŞ lideri noyabrın 3-ü keçirilən seçkilərdən sonra bir neçə dəfə bu məsələ haqqından müzakirələr aparıb.

Bir neçə mənbə hesab edir ki, D.Tramp artıq özünü əfv etməyə hazırdır. ABŞ liderinin hansı ittihamlardan qorxduğu barədə məlumat verilmir.

Qeyd edilir ki, daha əvvəl heç bir ABŞ prezidenti özünü əfv etməyib. Bu təhlükəli presedent yarada bilər.


Etiketlər:  Tramp köməkçiləri ilə özünü əfv etmək imkanını müzakirə edib


RƏYLƏR