Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağı azad etdiyimiz kimi bu məsələ də çox tez çözülməlidir'' - Politoloq

''Qarabağı azad etdiyimiz kimi bu məsələ də çox tez çözülməlidir'' - Politoloq

Tarix: 8 Yanvar 2021 14:30

"Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Ona görə dəqiq demək olmaz ki, bu görüş baş tutacaq, yoxsa yox".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan XİN rəhbəri Ara Ayvazyanın Dağlıq Qarabağ ərazisinə gəlişi bölgədə baş verən proseslərin qarşısını almaq məqsədi güdür:

"Hər halda iddia edilən görüşün gündəliyi ilə bağlı nəsə demək çox çətindir. Amma belə bir mənzərə yaranır ki, bölgə ilə bağlı müəyyən proseslər gedir. Erməni tərəfi təxribatçı addımlarla bu proseslərin qarşısını almaq istəyir. Ötən dönəmlərdə də görmüşük ki, erməni tərəfi hər hansı bir vacib addımların atılması ilə bağlı qərarlar qəbul olunacağı ərəflərdə həmişə belə təxribatçı addımlar atırdı. Nəticə etibarilə isə bu qərarlar verilmirdi, vəziyyət olduğu kimi qalırdı. Yəqin ki, Ermənistan XİN rəhbəri Ara Ayvazyanın Dağlıq Qarabağ ərazisinə "səfəri" də həmin məqsədi güdür.

Görünür, erməni tərəfi keçmişə qayıtmaq istəyir. Onların rəsmiləri regiona tez-tez səfər edirdilər, təxribatçı bəyanatlarla çıxış edirdilər. İndi bunlar sanki həmin keçmişə qayıtmaq niyyətindədirlər. Yenə də həmin təcrübədən əl çəkmirlər. Amma ötən gün bizim Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədəki sözləri ermənilərə xəbərdarlıq kimi qəbul olunmalıdır. Onlar əgər elə düşünürlərsə ki, heç nə dəyişilməyib, sadəcə olaraq onların qondarma qurumunun "ərazisi" bir az daralıb, elə deyil. Mahiyyət etibarilə hər şey dəyişilib - yanaşma dəyişilib, prinsiplər dəyişilib. Bölgədə yeni reallıq baş verir, artıq dünya liderləri də təsdiq edirlər ki, bura Azərbaycan ərazisidir. Əgər Azərbaycan ərazisidirsə, o zaman qondarma qurumun nümayəndələri orada nə edirlər, xarici ölkələrin səlahiyyətli nümayəndələri, rəsmiləri Azərbaycanın icazəsi olmadan Qarabağa niyə səfər edirlər. Əlbəttə ki, bu "təcrübəni" də kəsmək lazımdır, necə ki, biz iradəmizi nümayiş etdirərək Qarabağı azad etdik, bu məsələ də çox tez çözülməlidir".

Təhməz Əsədov


Etiketlər:  Qarabağı azad etdiyimiz kimi məsələ çox çözülməlidir Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ