Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ əlavə 300 milyon vaksin satın alacaq

Aİ əlavə 300 milyon vaksin satın alacaq

Tarix: 8 Yanvar 2021 15:00

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa Komissiyası "Pfizer-BioNTech" şirkəti koronavirus vaksininin satın alınması ilə bağlı sazişini yeniləyib.

Trend-in məlumatına görə, sazişə əsasən, Avropa İttifaqı şirkətin istehsalı olan daha 300 milyon vaksin satın alacaq.

Bununla da, Aİ ümumilikdə 600 milyon "Pfizer-BioNTech" vaksini əldə edəcək.

Eyni zamanda Avropa Komissiyası Aİ ölkələrinə ikitərəfli şəkildə vaksin almağı qadağan edib. Qərara əsasən, vaksinlərlə əlaqədar bütün sazişlər yalnız Brüssel vasitəsilə həyata keçirilməlidir.


Etiketlər:  əlavə milyon vaksin satın alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ