Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 17:20
Bakı. Cani Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, Vaqif poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdir.
Trend oxuculara “Xarı bülbül” festivalının konsert proqramından arxiv videogörüntüləri təqdim edir. Çıxışlar arasında Azərbaycanın xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin Qızıl fonduna daxil olan “Sona bülbüllər” mahnısı da yer alıb
Qeyd edək ki, "Xarı bülbül" beynəlxalq festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.