Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 09:54
"WikiLeaks"in qurucusu Culian Assanjın girov müqabilində sərbəst buraxılması üçün müraciəti rədd edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser C.Assanjın təcrid olunmuş kamerada olduğu Belmarş həbsxanasında qalmasına qərar verib.
Hakim Baraytser, Assanjın qaçma riskinin olduğunu iddia edib.
Qeyd edək ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı vermişdi.