Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2021 11:04
Türkiyə ilə strateji müttəfiq olmaqla yanaşı, bu ölkə ilə müxtəlif sahələrdə işbirliyimiz var.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.
"Körfəz ölkələrinin digər ölkələrlə ikitərəfli münasibət qurması suveren haqqıdır. Bunlar Körfəz ölkələrinin daxili işləri ilə qarışdırılmayacaq. Türkiyə və digər ölkələrlə ikitərəfli anlaşılmazlıqları olarsa, bunlar Qətərlə əlaqələndirilməməlidir. Qətərin Türkiyə ilə digər bölgə ölkələri arasında körpü rolunu oynaması istənilərsə, bundan məmnun olarıq. Qətər onsuz da hər məsələdə bu rolu üzərinə götürür", - Sani qeyd edib.