Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan jurnalistləri 2020-ci ildə: JuHİ ənənəvi illik hesabatını açıqlayıb

Azərbaycan jurnalistləri 2020-ci ildə: JuHİ ənənəvi illik  hesabatını açıqlayıb

Tarix: 11 Yanvar 2021 12:42

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci ildə sosial durumlarını və media ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat təşkilatın 55 KIV redaksiyasının əməkdaşları arasında keçirdiyi sorğu və 2020-ci il ərzində  aparılan monitorinqin nəticələri əsasında hazırlanıb. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2020-ci ildə onların diqqətini çəkən hadisələr barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq  aşağıdakı nəticələr əldə edilib:

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə davam etdirilən islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət  təsir göstərib, KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin  bağlanılması sahəsində ciddi nəticələr əldə edilib. Sorğuya cəlb edilənlərin 98 %-i bildiriblər ki,  çalışdıqları redaksiyalarda əməkdaşlarla  əmək müqavilələri bağlanılıb. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi  problemlər də davam edib. Bu sırada 2 məqam diqqəti çəkir:

-  Fərdi  əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə "xidmət müqaviləsi"nin tətbiq edilməsi,

- Real əmək haqqının əmək müqavilələrində göstərilənlərlə uyğunsuzluğu.

Qeyd edək ki, daimi çalışan jurnalistlərə  "müddətli müqavilənin"nin  tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə xidmət müqaviləsinin bağlanılması əmək  hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında  jurnalistləri çıxılmaz duruma salır, onların  işçi hüquqlarından istifadələrini imkansız edir.

Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum

Bu kontekstdə 2020-ci ildə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan:

Media sahəsində 2020-ci ildə diqqət çəkən hadisə və tendensiyalar

Azərbaycanda isə, monitorinqin nəticələrinə görə,  117 nəfər jurnalist  COVİD-19-a yoluxub, 8 nəfər jurnalist həyatını itirib. Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra  addımlar atıb; "Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi" proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində  KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da  KİV-lərdə  iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu   KİV-lərə maliyyə yardımının  göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond  tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə  xilas rolu oynayıb. Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu  yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan  ixtisarlar, iş yeri itkisi  ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.

Döyüş bölgəsində fəaliyyət göstərən jurnalistlər dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar: Azərbaycan Dövlət Televiziyasının (AzTV) və İctimai Televiziyanın (İTV) əməkdaşları xüsusilə şiddətli atəş altına düşmüş, şirkətlərə məxsus avtomobillər sıradan çıxarılmışdır.  Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Qayıdış" qəzetinin baş redaktoru Zibeydə Şakir isə işğaldan azad edilmiş ərazilərə səfər edərkən, minaya düşərək həlak olmuşdur.  

Bu dövrdə təqribən 29 nəfər  jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilmiş,  cəbhə xəttinə göndərilmişlər. Onlardan 4 nəfəri  döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. ATV-nin keçmiş montajçı-əməkdaşı   Davud Qurbanov  isə şəhid olub.

29 nəfərin sırasından 11 nəfərin döyüşlərdə fərqləndikləri üçün orden və medallarla təltif edilmələri barədə KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.  

Buna rəğmən, 2020-ci ildə təqribən 15  yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.


Etiketlər:  Azərbaycan jurnalistləri 2020 ildə JuHİ ənənəvi illik hesabatını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ