Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq

Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq

Tarix: 12 Yanvar 2021 16:20

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il Yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq Yer təki sahələrini seçib: “İstismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Yekunda geniş məlumat ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”.


Etiketlər:  təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ