Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Medianın İnkişafı Agentliyi onlayn media və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək

Medianın İnkişafı Agentliyi onlayn media və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək

Tarix: 12 Yanvar 2021 23:06

Medianın İnkişafı Agentliyi çap  mediası ilə bərabər onlayn media subyektləri və informasiya agentliklərinin layihələrinə də maliyyə dəstəyi verəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentliyin vəzifələri sırasına həmin media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, media subyektləri və jurnalistlərlə bağlı Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq daxil edilib.

Agentliyin vəzifələri sırasına media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində, o cümlədən  medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək də daxildir.


Etiketlər:  Medianın İnkişafı Agentliyi onlayn media informasiya agentliklərinin layihələrinə maliyyə dəstəyi verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ