Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcbari tibbi sığorta haqqında nələri bilməliyik? - VİDEO

İcbari tibbi sığorta haqqında nələri bilməliyik? - VİDEO

Tarix: 13 Yanvar 2021 11:30

İcbari Tibbi Sığorta bütün ölkə üzrə həyata keçiriləcək. Bura işğaldan azad edilmiş ərazilərimiz də daxildir. Çox yaxın zamanda bu sığorta növünün tətbiqi şuşa xankəndi qubadlını da əhatə edəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev bir sıra digər məsələlərə də aydınlıq gətirib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, aprel ayından Şuşa, Zəngilan, Qubadlı və Xankəndidə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. İcbari Tibbi Sığorta üzrə dövlət agentliyinin idarə heyətinin sədri Zaur Əliyev bildirib ki, İcbari tibbi sığortanın tətbiqi artıq ölkə üzrə aparılır.

Zaur Əliyevin sözlərinə görə, əsas məqsəd tibbi xidmətləri vətəndaşlara əlçatan etməkdir. Hansı xidmətlər regionlarda göstərilə bilməyəcəksə, vətəndaşlar göndəriş vasitəsilə Bakı və ya digər ətraf rayon və şəhərlərə göndəriləcəklər. İlk olaraq TƏBİB-in tabeliyində olan tibb müəssisələri xidmət göstərəcək. Lazım olarsa, özəl xəstəxanalarla müqavilə bağlanacaq.

İcbari tibbi sığorta vasitəsilə xaricdə müalicə və müayinə hələ ki nəzərdə tutulmayıb. Bununla belə qarşılıqlı tibbi sığorta sisteminin tətbiqi ilə bağlı müəyyən müzakirələr aparılır. Ancaq 2021-ci ildə tibbi sığortanın xaricdə tətbiqi gözlənmir.


Etiketlər:  İcbari tibbi sığorta haqqında nələri bilməliyik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ