Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu heykəllər sanki dilə gəlib danışır - Şuşa həsrəti güllələnmiş heykəlləri belə, dirildir - VİDEO

Bu heykəllər sanki dilə gəlib danışır - Şuşa həsrəti güllələnmiş heykəlləri belə, dirildir - VİDEO

Tarix: 13 Yanvar 2021 12:10

Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbül. Mədəniyyət tariximizi , istedad xəritəmizi formalaşdıran bu şəxsiyyətlərin sənətinə və ruhuna böyük hörmətlə mədəni paytaxtımız Şuşada xatirələri əbədiləşdirilmişdi. Mədəni niyyəti olmayan düşmən bu tarixi şəxslərin də Şuşadakı ev muzeylərini , büstlərini hücuma məruz qoyub güllələyib , qırıb , əzib . Bir zamanlar Şuşanın ruhunu əks etdirən bu heykəllər həsrət çəkdiyi torpaqlara geri dönəcəyi günü gözləyir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu heykəllər sanki dilə gəlib danışır, fəryad edir. Şuşa həsrəti güllələnmiş heykəlləri belə, dirildir.

Onlar Şuşada doğulan mədəniyyət incilərimiz Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün büstləridir. "Güllələnmiş heykəllər" adlanan bu əsərlər ermənilərin vəhşi xislətinin daha bir sübutudur. Ermənistanın Azərbaycan torpaqlarını və musiqi beşiyi sayılan Şuşanı işğal etməsi nəticəsində tarixi şəxsiyyətlərimizin ev muzeyləri qarət edilib, heykəllər güllələnib, abidələr dağıdılıb. Xan qızı Natəvanın baş barmağı yoxdur, Bülbülün isə tunc alnı qabarıb, əzilib.

Yurd-yuvasından didərgin düsmüs, erməni vandalizminin qurbanı olan heykəllərin Bakıya gətirilmə hekayəsi isə maraqlıdır.

Heykəllər dəzgah heykəltaraşlıq nümunəsi olmadığından, yəni binanın içində yerləşdirilə bilmədiyindən açıq havada saxlanılır və xarici turistlərin diqqətini cəlb edən eksponatlar sırasındadır. Heykəllərin üzərində olan güllə izləri ermənilərin barbar, vəhşi xislətinin sübutu kimi saxlanılıb.

Xursidbanu Natəvan obrazının muəllifi, əməkdar incəsənət xadimi Həyat Abdullayeva, Üzeyir Hacibəyovun və Bülbülün büstlərinin müəllifləri isə xalq rəssamı Xanlar Əhmədov və əməkdar rəssam Namiq Dadaşov idi.

Heykəllərin gələcək taleyi hələ ki, bəlli deyil. Tək istəyimiz bir zamanlar Şuşanın bəzəyi olmuş bu irihəcmli büstlərin tezliklə aid olduqları torpaqlara qaytarılmasıdır.


Etiketlər:  heykəllər sanki dilə gəlib danışır Şuşa həsrəti güllələnmiş heykəlləri belə dirildir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ