Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 12:58
Bakı. Samir Əli - Trend:
Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.