Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mastercard" Azərbaycanda innovativ və texnoloji layihələr barədə

Tarix: 13 Yanvar 2021 20:48

Bakı. Sədrəddin Ağcayev - Trend:

Hesab edirik ki, Azərbaycanda nağdsız hesablaşmalara keçiddə əsas rəqib nağd pullardır.

Bunu Trend-ə "MasterCard" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Erdem Çakar deyib.

Onun sözlərinə görə, istər "MasterPass" tranzit tətbiqi, istərsə də digər POS layihə olsun, "MasterCard"ın əsas məqsədi nağd pulları sıxışdırıb çıxarmaqdır:

"İlkin olaraq biz Şamaxıda pilot layihə qismində tranzit müraciətlər tətbiq etmişik, onların sayı getdikcə artacaq. 2021-ci ildə həm Bakıda, həm də Azərbaycanın digər regionlarında yeni layihələr görəcəksiniz. Bundan başqa, "MasterCard" Azərbaycanda nağdsız iqtisadiyyata keçid üçün ən yeni texnologiyalar və sistemlər yaradır".

E.Çakar əlavə edib ki, 2020-ci ildə "MasterCard"ın fəaliyyəti çərçivəsində Azərbaycnada çoxlu sayda yeni məhsul və monitorinq sistemləri yaradılıb:

"Biz Azərbaycan banklarının fırıldaqçılardan müdafiəsini və kibertəhlükəsizliyini təmin etmək üçün banklarla, Mərkəzi Bankla və Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq edirik. Buraya Azərbaycanda nağdsız gələcək yolunda tədris, pilot layihələr və müvafiq infrastrukturun yaradılması daxildir".


Etiketlər:  Mastercard Azərbaycanda innovativ texnoloji layihələr barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ