Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan və Rusiya səfirləri arasında gərginlik

Ermənistan və Rusiya səfirləri arasında gərginlik

Tarix: 14 Yanvar 2021 16:58

Arsen Xaratyan heç bir diplomatik statusa malik deyil və tez-tez Vaşinqtondakı Ermənistan səfirliyini ziyarət edir, bu da diplomatik nümayəndəliyimizə hörməti azaldır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Veto" ictimai hərəkatının rəhbəri Narek Malyan öz Feysbuk səhifəsində "Sorosçuların Ermənistanın diplomatik münasibətlərini necə korladığına dair kiçik bir hekayə" adlı paylaşımında yazıb.

"Bu yaxınlarda Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın atası ölüb. Bununla əlaqədar olaraq, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Varujana zəng edərək başsağlığı verib və Ermənistan səfirliyini ziyarət etmək arzusunu ifadə edib.

Antonov Ermənistan səfirliyinə yollanıb və orada məşhur sorosçu Arsen Xaratyanı görərək hiddətlənib və əsəbiləşib.

Ermənistan və Rusiya səfirləri arasında gərgin bir söhbət gedib. Ermənistan səfiri Xaratyanı səfirliyin ərazisindən çıxarmağa çalışıb.

Rusiya səfiri isə bir daha narazılığını bildirərək Ermənistan səfirliyinin ərazisini tərk edib", - deyə Narek qeyd edib.


Etiketlər:  Ermənistan Rusiya səfirləri arasında gərginlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ