Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə ağciyərləri 100 faiz zədələnən hamilə qadın xilas edildi

Koronavirusa görə ağciyərləri 100 faiz zədələnən hamilə qadın xilas edildi

Tarix: 15 Yanvar 2021 09:00

Rusiyanın İrkutsk şəhərində koronavirusa yoluxmuş və ağciyərləri 100 faiz zədələnmiş hamilə qadın xilas edilib.

Sonxeber.net bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, Oksana Şelomnetseva hamiləliyinin 32-ci həftəsində COVID-19-a yoluxub. 38 dərəcə temperatur və təngnəfəslik əlamətləri olan qadın ilk öncə özünü müalicə etmək istəyib, lakin vəziyyət ağırlaşdıqdan sonra həkimlərə müraciət etmək məcburiyyətində qalıb.

Həkimlər qadını müayinə edərkən gördükləri mənzərədən şoka düşüblər. Belə ki, kompyuter tomoqrafiyası Şelomnetsevanın ağ ciyərlərinin 100 faiz zədələndiyini göstərib.

Kifayət qədər oksigen almayan uşağın həyatını xilas etmək üçün tibb işçiləri qeysəriyyə əməliyyatı barədə qərara gəlirlər.

Uşaq sağlam doğulub, gənc ana isə reanimasiyaya yerləşdirilib.

Burada qadın təqribən iki ay müddətinə ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub.

Kanal vurğulayıb ki, Şelomnetsevanın həyatda qalacağına heç kim inanmayıb (həkimlər özləri də bunu etiraf edirlər).

Lakin pasiyent sağalıb və hazırda  evində, iki aylıq qızının yanındadır. (ölkə.az)


Etiketlər:  Koronavirusa görə ağciyərləri faiz zədələnən hamilə qadın xilas edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ