Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 11:28
"Azərbaycana çox güman ki, hələ bilinmir hansı vaksin gəitiriləcək".
Bunu Sonxeber.net-a açıqlamasında TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
İnfeksionist bildirib ki, risk qrupunda olan şəxslər peyvənd olunmasalar bu xəstəliyi daha ağır formada keçirəcəklər:
"Vaksinin bir çox növləri var. Dünyanın bir çox ölkələrində peyvəndləmə işlərinə başlanılıb. Azərbaycana gətiriləcək peyvəndin təbii ki, tərkibindən asılı olaraq konkret bir fikir söyləmək olar. Amma bu haqda hələ ki bir məlumat yoxdur.
Ümumiyyətlə vaksinləşmə bizi gələcək bir bəladan qurtara bilər və özəlliklə də risk qrupunda olan şəxsləri. Bunlar tibbi personallardır, hansı ki, daim COVİD xəstələri ilə üz-üzə gəlirlər. Eyni zamanda xroniki xəstəliyi olanlar xəstəliyi daha ağır keçirirlər, yaşlı insanlar, bədən müqaviməti zəif olan insanlar peyvənd mütləq olunmalıdırlar. Çünki peyvənd olunmadıqları zaman bu xəstəliyi daha ağır formada keçirəcəklər.
Peyvənd edilməməyin fəsadlarını onlar bilir
Peyvəndin araşdırmasınının bir nəticəsi də ondan ibrarətdir ki, peyvənd olunan şəxslər COVİD-ə yoluxsalar da reanimasiyaya düşəcək dərəcədə xəstələnmirlər. Gələcəkdə xəstəliyi keçirsələr də çox yüngül formada keçirirlər. Hansı prizmadan yanaşsaq da peyvənd olunma hər zaman insanların sağlamlığının qorunmasına yönəlik atılmış bir addımdır. Vaksin bizi bu xəstəlikdən qoruyur və yaxud bu xəstəliyin daha da ağır formada keçirilməsindən bizi qoruyur. Ən azından peyvənd edilməməyin fəsadlarını son 1 ildə xəstəliyə yoluxmuş insanların yaxınları, ailə üzvləri bilir. Ağırlaşırlar, rəhmətə gedənlər var. Biz artıq adi bir peyvənd etdirməklə bu bəlanın qarşısını ala bilərik.
Başqa yolumuz yoxdur
Bir şeyi də nəzərə alsaq ki, xəstəliyi keçirən insanlarda daimi olaraq qoruyuculuq yaranmır, yəni gələcəkdə də bu xəstəliyi keçirmək ehtimalı var, o baxımdan vaksin yeganə yoldur, başqa yolumuz yoxdur. Vaksin tək Azərbaycanda deyil, bu bütün dünyada tətbiq edilir. Artıq bütün dünyada bu addım atılır və ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən də təsdiq olunmuş bir metoddur. Yəni, bu sadəcə Azərbaycan üçün keçərli deyil, bütün dünya bu yolu seçir.
Vaksin Azərbaycanda məcburi olmayacaq. Mən bir həkim kimi öz mövqeyimdən çıxış edərək vaksinin faydalı olduğunu deyirəm. Amma təbii ki, insanlar seçim qarşısındadırlar. Peyvənd etdirib, etdirməməkləri artıq onların öz öhdəsinə qalmış bir məsələdir".
Təhməz Əsədov