Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər

Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər

Tarix: 15 Yanvar 2021 15:38

Bakı. İlhamə İsabalayeva – Trend:

Tələbə köçürmələri zamanı köçürülmək istəyən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər.

Trend-in məlumatına görə, bu barədə danışarkən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib ki, fevralın 1-dən tələbə köçürmələrinə başlanılır.

N.Məmmədli qeyd edib ki, fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da sessiya imtahanları bitməyəcək: “Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.


Etiketlər:  Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər


RƏYLƏR