Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər

Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər

Tarix: 15 Yanvar 2021 17:51

Cari ilin 15 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Etiketlər:  Ceyhun Bayramov Lavrov yanvar bəyanatını müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ