Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərman Salmanov adına Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib

Fərman Salmanov adına Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib

Tarix: 15 Yanvar 2021 19:48

Həmvətənimiz, Sibir neft yataqlarını kəşf etmiş geoloq-neftçi Fərman Salmanovun adını daşıyan Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, turizm brendlərinin müəyyən edilməsinə dair Ümumrusiya müsabiqəsində ölkənin 1000 ən yaxşı mədəni turizm obyekti seçilir. Müsabiqənin məqsədi turizm marşrutlarının tərtib edilməsi və investorların cəlb olunmasıdır.

Xatırladaq ki, Surqut aeroportu Rusiyanın Ural Federal Dairəsinin iri hava qovşaqlarından biridir. 2019-cu il mayın 31-də aeroporta görkəmli geoloq-neftçi Fərman Salmanovun adı verilib.


Etiketlər:  Fərman Salmanov adına Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ