Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 22:04
ABŞ ilə Çin arasındakı ticarət müharibəsi 245 min insanın işsiz qalmasına səbəb olub.
Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ-Çin Əmək Şurasının (USCBC) yeni hesabatında deyilir.
Bildirilir ki, Oksford Ekonomiks ilə birlikdə hazırlanan "ABŞ-Çin İqtisadi Münasibətləri: kritik dövrdə əhəmiyyətli tərəfdaşlıq" başlıqlı hesabatda Prezident Donald Trampın başlatdığı ticarət müharibəsinin ölkə iqtisadiyyatına vurduğu zərər hesablanıb.
2019-cu ildə Çinə edilən ixracın ABŞ-da 1,2 milyon insanın işini dəstəklədiyi qeyd olunub. Bildirilib ki, D.Tramp iqtisadiyyata töhfə vermək yerinə onun böyüməsini azaldıb və bu da 245 min insanın işsiz qalmasına səbəb olub.
İki ölkənin ötən ilin yanvar ayında imzaladığı ticarət razılaşmasına rəğmən, gömrük tarifləri yüksək səviyyədə qalıb. Razılaşma kənd təsərrüfatı, maliyyə xidmətləri və düşüncə mülkiyyəti kimi məsələlərdə uzun müddətdir davam edən ticarət əngəllərinin aradan götürülməsində rol oynayıb, amma Çinin iş prinsipləri, subsidiyalar, məlumatlar və kiber-təhlükəsizlik kimi bir sıra təşvişlərini aradan qaldırmayıb. (publika.az)