Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 09:14
Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Mariancela Simao brifinqdə məlumat verib.
"46 ölkədə peyvəndlərin tətbiqinə başlanılıb, onlardan 38-i yüksək gəlirli ölkələrdir", - xanım Simao belə deyib.
Onun sözlərinə görə, gəliri az olan ölkələrdə də vəziyyəti düzəltmək və vaksinasiyaya başlamaq üçün COVAX mexanizmi hazırlanılıb: "Yanvar ayında deyil, ancaq ümid edirik ki, artıq fevralda yaxşı xəbərlərimiz olacaq".