Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı alimlər ilkə imza atıblar - VİDEO

Azərbaycanlı alimlər ilkə imza atıblar - VİDEO

Tarix: 16 Yanvar 2021 16:24

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri yeni texnoloji üsulla gübrə əldə ediblər. Tərkibinin əsas hissəsini vulkan palçığının təşkil etdiyi gübrə sınaqdan uğurla keçib. Belə ki, yeni kompleks gübrə pambığın məhsuldarlığını digər gübrələrə nisbətən təxminən iki dəfə artırmağa imkan verir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanlı alimlər ilkə imza atıblar. Ölkəmizdə tərkibinin əsas hissəsini vulkan palçığının təşkil etdiyi yeni gübrə hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, professor Mirəli Alosmanov bildirdi ki, yeni gübrə Salyan rayonunda pambıq əkini zamanı sınaqdan keçirilib. Ümumilikdə, orta hesabla yeni gübrə ilə yetişdirilən pambıq kolunda 60-dan çox açılmış pambıq və qoza qeydə alınıb. Hər qozadan alınan pambığın orta çəkisi 14 qrama çatır ki, bu da yüksək nəticə hesab edilir.

Gələcəkdə yeni gübrədən daha geniş şəkildə istifadə olunması nəzərdə tutulur. Artıq bununla bağlı müəyyən addımlar atılıb.

Hazırda yeni gübrə ilə yetişdirilən pambığın keyfiyyət parametrləri yoxlanır. Qeyd edək ki, alimlərimizin indiyədək ölkəmizdə istifadə edilməyən vulkan palçığı xammalı əsasında hazırladığı kompleks gübrə Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı alimlər ilkə imza atıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ