Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2021 18:32
Liqa 1-in 20-ci turunda keçirilməli olan "Loryan" - "Dijon" matçı təxirə salınıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ev sahibi komandanın 10 futbolçusu koronavirusa yoluxub. Ona görə də sözügedən görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, qarşılaşma yanvarın 17-də keçirilməli idi.