Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat

Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat

Tarix: 18 Yanvar 2021 15:15

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün dünyanı cənginə alan koronavirus bəlasından xilas olmağın yeganə çıxış yolu peyvəndin vurulmasıdır. Tarixən də həmişə epidemiyaların, pandemiyaların qarşısı peyvəndlər vasitəsilə alınıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova vurğulayıb ki, bu gün peyvəndin tətbiqi artıq ciddi zərurətə çevrilib və bu gün bu reallığı hamı qəbul etməlidir ki, kütləvi şəkildə peyvəndin istifadəsi koronavirus bəlası ilə mübarizədə qalib gəlməyimizə imkan verə bilər:

“Nəzərə almalıyıq ki, əgər peyvəndlər olmasaydı bu gün bəşəriyyət dəhşətli və ağır xəstəliklərin məngənəsində boğulurdu. Əgər bu gün bu cür xəstəliklərdən azad yaşayırıqsa, bunu, peyvəndlərə borcluyuq.

Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümlərdən xilas edir. Peyvəndlərin sayəsində qızılca, məxmərək, göy öskürək və digər oxşar xəstəliklər azalıb, eyni zamanda epidemik parotit, difteriya, göy öskürək, tetanus və poliomielit kimi xəstəliklərə qarşı immunitet yaranıb. Digər bir sıra yolxucu xəstəliklərin də qarşısı məhz peyvəndlər vasitəsilə alınır”.

Deputat vurğulayıb ki, koronavirus pandemiyası bəşəriyyət tarixində ən geniş yayılan xəstəlikərindən biridir:

“Dünyanın elə bir ölkəsi qalmadı ki, bu virusdan əziyyət çəkməsin. Artıq dünyada virusa yoluxanların sayı 95 milyonu, ölənlərin sayı isə 2 milyonu keçib. Əgər təcili şəkildə vaksinasiya aparılıb xəstəliyin qarşısı alınmasa, dünya üçün daha böyük fəsadlar verəcək. Koronavirus milyonlarla insanın həyatına son qoymaqla yanaşı dünyanı sosial-iqtisadi böhrana, yoxsulluğun və aclığın artmasına və digər ciddi problemlərə səbəb olar bilər”.

Deputat qeyd edib ki, artıq dünyanın qabaqcıl ölkələri koronavirus vaksinasiyasnıa başlayıb:

“Çox sevindirici haldır ki, Azərbaycanda dünyanın vaksinasiya aparan ilk ölkələri sırasındadır. Bu eyni zamanda onu göstərir ki, Azərbaycan dövləti üçün əsas prioritet onun vətəndaşlarının sağlamlığıdır. Ancaq təəssüflər olsun ki, bu gün dünyada vaksinin təhlükəsi barədə yalnış müzakirələr gedir. Bu müzakirələr doğru deyil və heç bir sübua yetirilmiş əsası yoxdur. Bunlar hamısı çaşqınlıq və COVİD-lə mübarizədə çətinlik yarada bilər. Hər bir peyvəndin yüngün yan təsirləri ola bilər və bu günə qədər də bu halları müşahidə etmişik, lakin bu, peyvəndin ciddi təhlükələri barədə müzakirələr aparmağa əsas vermir”.

A.Həsənova qeyd edib ki, insanlar arasında vaksinasiya ilə bağlı yaranan digər yanlış fikir ondan ibarətdir ki, peyvənd vurulduqdan sonra qorunma tədbirlərinə əməl etməyə gərək yoxdur:

“Lakin bu fikir doğru deyil. Bu cür yanaşma əksinə, vəziyyəti daha da gərginləşdirə bilər. Vaksinasiyanın başlanması koronavirusun başa çatması demək deyil. Vaksin vurulduqdan sonra qoyuruculuq qabliyyətinın yaranması bir müddət zaman alır və eyni zamanda kütləvi immunitetin yaranması üçün əhlinin müəyyən hissəsi vaksinasiyadan keçməlidir. Bu baxımdan vaksinasiya keçdikdən sonra da bir müddət səbrli olmalıyıq, qorunma qaydalarına əməl etməliyik. Əgər normal həyatımıza qayıtmaq istəyiriksə bir müddət də qoyulan qaydalara tam riayət etməliyik”.


Etiketlər:  Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ