Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 18:45
Müğənni Xatirə İslam sosial şəbəkədə sənət adamlarının tənqid olunmasına reaksiya verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi musiqiçilərə qarşı böyük aqresiya olduğunu bildirib. Bunla bağlı sənətçi izləyicilərinə "Musiqiyə və musiqiçilərə, sənət adamlarına qarşı çox böyük aqresiya var. Sizcə niyə" sualını ünvanlayıb.
Yazılan şərhlər isə Xatirəni özündən çıxarıb. O, "Musiqiçilər xalqın pulu ilə adam olub, şəhidlər olanda da konsert verirdilər" sözlərinə "Adam anadan olanda Allah ona hər şeyi yazmış olur. Danışanda sözlərinizə bir az fikir verin. Heç kim heç kimə durduğu yerdə heç nə verməz. Hamı pulunu əziyyət çəkib qazanır. Qaldı ki, kimin özünü necə aparmasına, o artıq onun öz xasiyyətidir. Danışanda ümumi danışmayın. Şəhidlərdən əvvəl musiqiçilərə aqresiya yox idi? Səmimi olun. Dünyanın heç bir yerində müğənnilərə qarşı belə münasibət yoxdur" cavabını verib.
Xatirə daha sonra "Heç kimə kömək etməyən sənətçilər yəqin pullarını bu gün üçün saxlayıblar. Çünki onlar bilir ki, toy olmasa musiqiçi acından öləcək" sözlərini əlavə edib.