Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çelsi"nin futbolçusu Türkiyə klubunda

Tarix: 18 Yanvar 2021 19:50

Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Çelsi"dən Denni Drinkuoteri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunda çıxış edəcək.

Qeyd edək ki, Drinkuoter 2017-ci ildə 37 milyon avro qarşılığında "Çelsi"yə keçmişdi. Yarımmüdafiəçi son olaraq icarə əsasında "Aston Villa"da çıxış edib.

Milli.Az


Etiketlər:  Çelsinin futbolçusu Türkiyə klubunda


RƏYLƏR