Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxma riskini 250 dəfə artıran təhlükəli vəziyyət açıqlandı

Koronavirusa yoluxma riskini 250 dəfə artıran təhlükəli vəziyyət açıqlandı

Tarix: 19 Yanvar 2021 08:15

Yuxusuzluq immunitetə pis təsir göstərir.

Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzinin müdiri, Avropa Yuxu Tədqiqatçıları Cəmiyyətinin mütəxəssisi Aleksandr Kalinkin bu barədə "Qovorit Moskva"nın efirində bəyan edib.

Onun sözlərinə görə, insan 5 saatdan az yatırsa, zəruri olan 7-9 saat yatan insanlara nisbətən virus infeksiyasına, o cümlədən koronavirusa yoluxma ehtimalı 250 faiz artır.

Beləliklə, alim qidalanma və fiziki fəaliyyətlə yanaşı yuxunu sağlamlığın və uzunömürlülüyün əsası adlandırıb.

O, həmçinin zəngli saatdan imtina etməyi, işıq qadcetlərinə keçməyi təklif edib. Çünki onlar sirkadiyalı ritmləri daha yaxşı tənzimləməyə və oyanmağa kömək edir.


Etiketlər:  Koronavirusa yoluxma riskini dəfə artıran təhlükəli vəziyyət açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ