Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 08:52
ABŞ-ın seçilmiş vitse-prezidenti Kamala Harris senator səlahiyyətlərini təhvil verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qərar yerli vaxtla saat 12:00-da qüvvəyə minib.
"Mən yanvarın 18-i saat 12:00-dan Kaliforniya ştatının senatoru vəzifəsindən gedirəm. Son dörd ildə məni Senatda xidmət etmək şərəfinə layiq görən Kaliforniya sakinlərinə təşəkkür etmək istəyirəm", - Harrisin Kaliforniya qubernatoru Gevin Nyusoma ünvanladığı məktubunda deyilir.
Dekabrın 22-də Nyusom bildirmişdi ki, Harrisin Senatdakı yerini Kaliforniyanın katibi Aleks Padilla tutacaq.