Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 10:40
İtaliya A seriyasında "Kalyari"nin qonağı olan "Milan" Zlatan İbrahimoviçin dublu sayəsində 2:0 hesablı qələbə qazanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu oyun "rossonyerlər" üçün əlamətdar olub.
Stefano Piolinin yetirmələri 3 xallıq sistem dönəmində ardıcıl 16-cı səfər matçında uduzmayaraq, 1994/95 mövsümündəki rekordunu təkrarlayıb. Komanda 2003-cü ilin sentyabrından 2004-cü ilin aprelinə qədər olan müddətdə bu nəticəyə imza atmışdı. Növbəti səfər görüşündə "Milan" öz rekordunu yeniləyə bilər.
Qeyd edək ki, "Milan" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. Komanda növbəti oyununu yanvarın 23-də doğma arenasında "Atalanta"ya qarşı keçirəcək.