Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 18:50
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi gələn həftə "Boeing 737 MAX"ın uçuşlarına icazə verməyi planlaşdırır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu təşkilatın icraçı direktoru Patrik Kay deyib.
"Gələn həftə uçuşa yararlılıq təlimatını dərc etməyi planlaşdırırıq. Bizim nəzərimizə görə, "Boeing 737 MAX" gələn həftədən etibarən Avropada yenidən uçuşlara başlaya bilər", - deyə P. Kay qeyd edib.
Qeyd edək ki, ötən gün Kanadanın Nəqliyyat Nazirliyi 20 yanvar tarixindən etibarən ölkənin hava məkanında "Boeing 737 MAX"ın kommersiya uçuşlarının bərpa edilməsinə icazə verib.
Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.
Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.