Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 10:46
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Sonxeber.net-a açıqlamasında bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Sürücülərdən xahiş olunur ki həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq"