Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 03:52
Bakı. Trend:
Bu gün Reco-nel-Emiliya şəhərində yerləşən "Mapei" stadionunda futbol üzrə İtaliya Super Kubokunun finalı baş tutub.
Trend-in məlumatına görə, final matçında "Yuventus" ilə "Napoli" qarşılaşıblar. Oyun Turin təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Kriştianu Ronaldu (64-cü dəqiqə) və Alvaro Morata (90+5-ci dəqiqə) vurublar.
Beləliklə, "Yuventus" tarixində doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi olub.
Qeyd edək ki, İtaliyada Super Kubok matçları 198-ci ildən keçirilir.