Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Fənərbağça”ya pis xəbər: “Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır”

“Fənərbağça”ya pis xəbər: “Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır”

Tarix: 21 Yanvar 2021 16:36

"Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri AS nəşrinin "Real" klubu ilə işləyən müxbiri Manu de la Xuan deyib.

"Bu iddia İspaniyadan çıxmayıb, mənbə Türkiyədir. İşin əsli budur ki, Eden Azarın Türkiyəyə transferi imkansızdır. 1,5 ildir ard-arda yaşanan zədələrə görə "Real"da davamlı oynaya bilmədi. İndi də yaxşı oynadığını deyə bilmərik. Ancaq "Real" ona 100 milyon avrodan çox yatırım edib. Birincisi, "kral klubu"nun rəhbərliyi bu pulun böyük bir hissəsini qazanmadan transferinə icazə verməz, icarəyə göndərməz. İkincisi isə, Azar özü də çıxışını yaxşılaşdırıb, komandaya faydalı olacağını düşünür", - deyə jurnalist bildirib.

Xatırladaq ki, Türkiyə mətbuatında "Fənərbağça"nın Eden Azarla maraqlanması barədə xəbərlər yayılmışdı.

Milli.Az


Etiketlər:  Fənərbağçaya xəbər Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ