Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurların andiçmə mərasimində dünyaya verdiyi mesajlar - FOTO

Məşhurların andiçmə mərasimində dünyaya verdiyi mesajlar - FOTO

Tarix: 21 Yanvar 2021 16:46

Amerikanın yeni Prezidenti Co Baydenin inauqurasiyasında dünyaca məşhur müğənnilər Ledi Qaqa və Cennifer Lopezin verdiyi mesajlar diqqət çəkib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hər zaman qeyri-adi geyimləri ilə gündəmə gələn Qaqa bu dəfə sülh mesajı verib. O, himni oxuyan zaman qara və qırmızı rəngli libasdan, qızılı aksessuarlardan istifadə edib. Onun geyimi "Schiaparelli" brendinə məxsusdur.

Ledi tvitter səhifəsində sülh mesajından danışaraq "Zeytun budağı daşıyan bir göyərçin. Hamımız barışaq",- şərhini verib.

Bundan əlavə, Qaqa Prezident Co Bayden və vitse-prezident Kamala Harrislə yanaşı keçmiş ölkə başçısı Barak Obama, eks- birinci xanım Mişel Obama, həmkarı Cennifer Lopezlə səmimi şəkildə görüşüb, söhbət edib.

C. Lopez isə "This land is your land" ifası zamanı ispan dilində "Tanrı qarşısında hər kəs üçün azadlıq və ədalətlə bölünməz bir millət", - mesajını verib.

O, tədbirə nişanlısı Aleks Rodrigezlə qatılıb.


Etiketlər:  Məşhurların andiçmə mərasimində dünyaya verdiyi mesajlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ