Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək

Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək

Tarix: 22 Yanvar 2021 15:44

Bakı. Cani Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycan milli komandası bu il İsveçrənin Bazel şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək.

Trend bu barədə Avropa Gimnastika təşkilatına istinadən məlumat verir.

İlkin siyahıya əsasən, Azərbaycanı Avropa çempionatında 7 idmançı - 5 kişi, 2 qadın idman gimnastı təmsil edəcək.

Avropa çempionatının aprelin 21-25-də keçirilməsi planlaşdırılır. Yarışda 40 ölkədən 323 gimnast iştirak edəcək.


Etiketlər:  Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək


RƏYLƏR