Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 20:10
Çindən Türkiyəyə ikinci partiya vaksinin gətirilməsi ilə bağlı razılıq əldə edilib.
Böyük ehtimalla bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Media nümayəndələrinin ölkədə COVID-19-a qarşı tətbiq edilən qadağaların yumşaldılması ilə bağlı sualını cavablandıran Prezident Ərdoğan bu məsələnin Nazirlər Kabinetinin növbəti iclasında müzakirə olunacağını, ictimai-iaşə obyektlərinin açılması fikrinin də bu müzakirələrə daxil ediləcəyini deyib.