Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyaya sanksiyaları ləğv etmək olmaz''

''Rusiyaya sanksiyaları ləğv etmək olmaz''

Tarix: 23 Yanvar 2021 16:34

Rusiyaya qarşı sanksiyaların ləğvi üçün heç bir səbəb yoxdur və Minsk razılaşmalarının həyata keçirilməsində daha çox irəliləyişə ehtiyac var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik İttifaqı Partiyasının yeni sədri Armin Laşet deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində rusların üstünlük təşkil etdiyi tərəfdən hələ də gizli və açıq təcavüz aktları mövcuddur:

"Sanksiyalar əsasən Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqindəki münaqişə ilə bağlı qəbul edilib. Minsk razılaşmalarına gəldikdə, daha çox irəliləyiş görmək istərdim. Bu baxımdan sanksiyaları ləğv etmək üçün indi heç bir səbəb yoxdur".


Etiketlər:  Rusiyaya sanksiyaları ləğv etmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ