Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 17:18
Binəqədi Rayon Məhkəməsində Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Qərara əsasən, C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.