Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 17:38
Müharibənin qarşısını almayan və yəqin ki, bunu istəməyən Ermənistanın baş naziri Nikol Paşinyan özü-özünü çıxılmaz vəziyyətə salıb. Halbuki əgər o öz ölkəsi tərəfindən beynəlxalq hüququ pozmaqla işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz qaytarılmasını sentyabrın 27-də elan etsəydi, müharibənin qarşısı dərhal alına bilərdi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə almaniyalı professor Vilfrid Furmanın "Qafqazda sülh və əməkdaşlıq?" adlı məqaləsində bildirilib.
"İlk atəşlərdən sonra da Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təklifini qəbul edərək, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması qrafikini elan etsəydi, elə həmin anda atəş dayandırılardı. Amma Paşinyan bunu etmək əvəzinə beynəlxalq hüququ pozaraq və Azərbaycana müharibə elan edilmədən Azərbaycan şəhərlərini Ermənistan ərazisindən bombalamağa başladı, nəticədə insanlar həlak oldular və yaralandılar", - Furman qeyd edib.