Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya - FOTO

Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya - FOTO

Tarix: 25 Yanvar 2021 14:22

Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, soydaşımız üniversitetdə təhsil alan Ukrayna, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Serbiya, Rusiya və s. dövlətlərdən 200-ə yaxın tələbədən ibarət "Beynəlxalq dostlar qrupu" adlı "Whatsapp" qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları bölüşür.

Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərlə bağlı paylaşımlar edən soydaşımız 20 Yanvar faciəsi ilə bağlı da qrup üzvlərini məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.

Milli.Az


Etiketlər:  Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ