Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Tarix: 25 Yanvar 2021 18:36

Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"na aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilir:

"16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  BakuBus Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ