Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur

Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur

Tarix: 26 Yanvar 2021 14:28

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azad olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Bundan başqa, Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il vergidən azad olunacaq.

Vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.


Etiketlər:  Azərbaycanda qızıl gümüşün satışı vergidən azad olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ