Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 15:12
Bakı. Orxan Nəbiyev - Trend:
Koronavirus pandemiyası dövründə psixiatr və psixoterapevt xidmətlərinə tələbat artıb.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
Onun sözlərinə görə, ÜST 130 ölkədə COVID-19 infeksiyasının nevroloji və psixi sağlamlığa təsirini tədqiq edib:
"Həmin ölkələrin 93 faizində psixoterapevt xidmətlərinə tələbat artıb. Eyni zamanda, psixoloji xidmətlərin göstərilməsində çatışmazlıqlar da yaranıb".