Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 11:18
Keçən il noyabrın 10-da hökumət binasına daxil olan etirazçılar Ermənistan Baş naziri Nikol Paşinyanın diplomatik pasportunu oğurlayıblar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan açıqlamasında bildirib.
O qeyd edib ki, noyabrın 10-na keçən gecə Yerevanda Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasından narazı olan etirazçılar hökumət, parlament və baş nazirin malikanəsini dağıtdıqdan sonra Paşinyan həmin gün iqamətgahından kompüter, saat, ətriyyat, sürücülük vəsiqəsi və digər əşyaların oğurlayıblar: "Noyabrın 10-da bir qrup şəxs Ermənistan hökumətinin binasına daxil olaraq Xarici İşlər Nazirliyi tərəfindən həmin gün ləğv edilən 14 diplomatik pasportu oğurlayıb. Ermənistanın baş nazirinə məxsus diplomatik pasport da həmin sənədlərin arasında olub".