Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 14:42
"Barselona" futbolçuların dekabr ayı üçün maaşlarını ödəməyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.
Qeyd edək ki, "Barselona" bir müddət əvvəl 1,2 milyard avro borcunun olduğunu açıqlayıb.
Kataloniyalılar 2019/2020 mövsümünü 488 milyon avro borcla başa vurublar və klub öz kreditorları ilə bu ödənişlərə möhlət verilməsi haqqında danışıqlar aparır. Klub koronavirus pandemiyasının büdcəyə təsir göstərdiyini bildirib.