Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Çində “5G” standartlı ilk səkkiz smartfona keyfiyyət sertifikatı verilib

Tarix: 19 Iyul 2019 11:00

Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk səkkiz smartfon modelinə ölkə bazarına daxil olmağa imkan verən keyfiyyət sertifikatı verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, dörd model, o cümlədən “Mate 20X 5G” və “Mate X 5G” “Huawei” şirkəti tərəfindən təqdim olunub. Digər istehsalçılar – “Oppo”, “Vivo”, “ZTE” və “One Plus” hər biri bir model üçün olmaqla keyfiyyət sertifikatı alıb.

 

“Xiaomi”, “Samsung” və “Lenovo” kimi şirkətlər ilk sertifikatlaşdırılan modellər sırasına daxil ola bilməyib. “Xiaomi” məhsulun istifadəyə verilməsi planına uyğun olaraq növbəti həftə Milli Sertifikatlaşdırma Mərkəzinə testin keçirilməsi üçün müraciət etməyə hazırlaşır.

 

Çində smartfonlar ölkə daxilində satışa icazə üçün üç lisenziyaya malik olmalıdır. Məsələn, milli “5G” şəbəkəsinə qoşulmağa imkan verən “China Compulsory Certification” (dövlət icbari sertifikatı) sertifikatının olması tələb olunur.

 

Hazırda Çində “5G” smartfon istehsalçıları arasında mübarizə kəskinləşib.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev




Etiketlər:  Çində standartlı səkkiz smartfona keyfiyyət sertifikatı verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ