Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 21:52
Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyalar tətbiq edib və 59 tətbiqin ölkə ərazisində istifadəsini tamamilə qadağan edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, qadağan olunan tətbiqlər arasında "TikTok", "Baidu", "WeChat" kimi məşhur proqramlar da yer alıb.
Qeyd olunur ki, qadağaya səbəb həmin proqramların istifadəçilərin fərdi məlumatlarını toplaması və onları ölkə xaricində serverlərə ötürməsi ilə bağlı şikayətlər olub.
Ötən ilin iyununda da Hindistan hökuməti Çinin 100-ə yaxın tətbiqini bloklamışdı.